Kadırov Zabit Səmədovun qələbəsindən yazdı – Video

24.08.2016 - 13:29

kadirovÖtən gün “Əhməd” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədovun WBC Muay Thai versiyası üzrə rumıniyalı döyüşçü Katalin Moroşanunu məğlub edərək çempion adını qazanmasına Çeçenistan lideri Ramzan Kadırov münasibət bildirib.

Axar.az xəbər verir ki, dostu Zabit Səmədovun qələbəsinə sevinən R.Kadırov döyüşün videosunu sosial şəbəkədə bu sözlərlə paylaşıb:

“Əziz qardaşım Zabit Səmədov WBC Muathai versiyası üzrə dünya çempionudur. O, Katalin Moroşanunu nokautla görüşün ikinci dəqiqəsində məğlub etdi. Döyüş Qroznının “Kolizey” İdman Sarayında baş tutdu. Döyüş peşəkar kikboksinq üzrə beynəlxalq turnir çərçivəsində, Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Hacı-Kadırovun 65 illiyinə həsr olunmuşdu. Çeçenistanın “Əhməd” kikboksinq klubunun prezidenti olan Zabit döyüşçülərə çox gözəl örnək göstərdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930