“Qəddafi arvadından qorxardı”- Türk gözəlinin etirafları

02.12.2016 - 01:12

rr2002-ci ildə sabiq Liviya lideri Muammər Qəddafinin oğlu Seyfulislam Qəddafi ilə tanış olan və bununla da həyatını dəyişdirən türkiyəli maniken Ebru Şancı ərəb ölkəsində başlanan inqilabdan sonra yerli mətbuata açıqlamalar vermişdi. Həmin açıqlamalar ara-sıra yenidən gündəmə gəlir və Qəddafinin ailəsini yaxından tanımaq imkanı olan xanımın söylədikləri bu gün də maraq doğurur. Moderator.az modelin Qəddafi və onun ailəsi ilə bağlı təəssüratlarını təqdim edir:
Qəddafinin qısaca olaraq Saif adlanan oğlu gözəl model xanımla tanışlıqdan sonra əvvəlcə ona gül dəstələri və bahalı hədiyyələr göndərir. Daha sonra sevgilisinin təhsil haqqını da qarşılayır. Aralarında isinişmə yaranandan sonra dünyanın bir çox ölkələrinə səyahət edirlər. Sonra isə Saif Ebrunu ailəsilə tanış etməkdən ötrü paytaxt Tripliyə gətirir. Maraqlısı budur ki, Tripoliyə gələnə qədər qız Saifin du dövlətin diktatorunun oğlu olduğunu bilmirmiş.
Ebrunun müsəlman olması Qəddafinin və arvadı Safiyənin də müsbət cavabına səbəb olur. Onlar hətta birgə nahar da edirlər. Qəddafi o zaman qızla heç nə danışmasa da, onun müsəlman olmasını təqdir edib.
Bundan sonra o, Qəddafinin oğlu ilə ailə qurmasa da, namizəd kimi onun şəhər kənarındakı evində qalırmış. Gənc xanım həmin evi təsvir edərkən ən diqqətçəkən məqam kimi orada iki pələngin olduğunu deyir. Pələnglərdən birinə Corc Buşun “şərəfinə” Corc,o birinə isə Tonu Beyrin “şərəfinə” Toni adı qoyulmuşdu. 3 ay həmin malikanədə yaşayan model xanım monotonluqdan bezir. Həmin vaxt Qəddafinin oğlunun başqa xanəmlarla da münasibətini öyrənəndən sonra oranı tərk etmək qərarına gəlir.
Modelin Qəddafi və onun ailəsi haqqındakı müşahidələri maraqlıdır: “Qəddafi sıradan birinə bənzəyirdi. Yanındakılar nə söyləyirdilərsə, o gülürdü. Amma hər kəs ondan çox qorxurdu. Yaşadığı malikanədə yazıldığı kimi hərəm-filan yox idi. Qəddafinin beş uşağının hamısı eyni qadındandı. Saifin anası Safiyə çox müasir idi. Hətta gördüyüm qədəriylə Qəddafi arvadından çəkinirdi də. Qəddafinin yeganə qızı Aişə də anasından qorxurdu. Aişə Qəddafi özünü ərəb dünyasının Klaudia Şiferi sanırdı. Ölkədə şəriət qaydaları o qədər də kəskin deyildi, amma içki, klub, fahişəxanalar qadağan idi. Oradakı üsyanın daha tez başlanacağını gözləyirdim. Çünki Qəddafinin hər şeyi vardı, amma xalqın heç bir şeyi yox idi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83527

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930