Putin həyatından gileyləndi və karyerasını başa vurduqdan sonra nə edəcəyini açıqladı

07.12.2016 - 15:35
putinRusiya prezidenti Vladimir Putin  karyerasını başa vurduqdan sonra, daha çox səyahətə vaxt ayıracağını bəyan edib. 
Avropa.info xəbər verir ki, Çelyabinsk şəhərindəki zavodlardan birini  ziyarət edərək fəhlələrlə görüşən Putin xəyalının nə olduğuna dair bir suala “karyeramı uğurla tamamlamaq istəyirəm” cavabı verərək gülüb.
Rusiya prezidenti  səyahət etməyi çox sevdiyini bildirib.
“Bu gün səyahətim ondan ibarətdir ki, mən aeroporta gəlirəm, sonra bir binaya keçirəm, sonra yenidən hava limanına qayıdıram. Sonra da “bir yerlərə getmişik” deyirik.Əlbəttə karyeramı başa vurduqdan sonra, fərqli səyahət etmək, təbiəti görmək, tarixi yerləri gəzmək istərdim” deyə Rusiya prezidenti qeyd edib.
Bir müddət öncə, Peruya səfər etdiyini xatırladan Putin gileylənib.
“Yenə aeroport, bina, aeroport  və təkrar Moskvaya qayıtdıq. Halbuki orada görüləcək yer çoxdur. Peru qeyri-adi bir ölkədir , çox maraqlı yerləri varmış.”
Rus lider həmçinin heç vaxt etmədiyi bir xobbini sınamaq istədiyini etiraf edib.
“Amma hansı olduğunu deməyəcəm”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930