Şimali Koreya ABŞ və Cənubi Koreyanı qabaqlayıcı zərbə ilə hədələdi

26.03.2017 - 17:43

Şimali Koreya ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin hazırda birgə həyata keçirdiyi “Foal Eagle” və “Key Resolve” hərbi təlimlərini qabaqlayıcı zərbə endirməklə hədələyib.

Bu barədə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah istənilən vaxt və xəbərdarlıq edilmədən Şimali Koreya xalqına qarşı xüsusi əməliyyat hazırlığına cəlb edilən ABŞ və Cənubi Koreya hərbi hissələrinə öldürücü zərbə endirilə biləcəyini bəyan edib.

Qeyd edək ki, martın 13-də ABŞ və Cənubi Koreya “Key Resolve” birgə komanda-qərargah təliminə başlayıb. Bu hərbi təlim fövqəladə situasiyada Koreya yarımadasında ABŞ hərbçilərinin sayının artırılmasını nəzərdə tutur. Paralel olaraq martın 1-dən 3 min amerikalı hərbçinin də iştirakı ilə keçirilən “Foal Eagle” hərbi təlimi isə Şimali Koreyanın raket və nüvə bazalarına zərbə endirilməsinə hazırlıqla bağlıdır.(APA)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91204

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930