II Dünya müharibəsinin görmədiyiniz dəhşətləri – FOTOLAR

27.03.2017 - 22:32

II Dünya Müharibəsinin dəhşətləri barədə tarixdən və filmlərdən xəbərdarıq. Canlı şahidlər və iştirakçılar olan veteranlardan da az eşitməmişik. Amma faşist əsir düşərgələrində baş verənləri gözləriylə görmək, üstəlik bunu dünyaya çatdırmaq hər adama nəsib olmur.

Sıravi idman müxbiri və fotoqrafı Henrix Rossdan bir vaxtlar faşistlər öz qorxunc işgəncələrini, əsirlikdə baş verən dəhşətləri işıqlandırmaq üçün istifadə ediblər. 1939-cu ildə faşistlər Polşaya girəndə Rossu III Reyxin “fəaliyyət”ini lentə almağa məcbur ediblər. Əslində özlərinə pislik eidblər, çünki bəzən müharibənin dəhşətlərinin azaldılması üçün bir çox faktlar danılır. Amma bu görüntülər özü hər şeyi deyir. Aclıqdan ölən uşaqlar, ölüm düşərgəsinə aparılan insanlar, çürümüş, eybəcər hala salınmış meyitlər…

Ross bu şəkillərin bəzisini gizlin çəkib saxlamaqla özünü təhlükəyə atırdı. Amma gələcək nəsilləri xəbərdar etmək, insanlara həqiqətləri çatdırmaq məsqsədi daşıyan jurnalistlik peşəsi ilə vicdanı həyatdan üstün tuturdu.

Bu yaxınlarda Bostonda Henrix Rossun 200 şəkildən ibarət sərgisi açılıb.

Publika.az ürəkdağlayan şəkillərdən bir neçəsini təqdim edir:

1. Aclıqdan huşunu itirmiş uşaq.

2. Əsirlər yemək zamanı.

3. Bir tabuta qalaqlanmış meyitlər.

4. Daha bir əzablı gündən sonra.

5. Əsirlər iş başında.

6. Ortalıqdaca çürüyüb qalmış insan sümükləri.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91308

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930