Ərdoğan ölkə rəhbərləri ilə bütün görüşləri ləğv etdi – SƏBƏB

23.05.2017 - 10:15

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən bütün görüşləri ləğv edərək evinə gedib. Publika.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin liderlərinin şərəfinə verdiyi səhər yeməyinə qatılmayıb. Bundan əlavə, proqram üzrə ölkə liderləri ilə baş tutacaq ikili görüşləri də ləğv etdirib.
Günorta yeməyində isə onu TBMM sədri İsmayıl Qəhrəman və Baş nazir Binəli Yıldırım əvəz edib. Bundan əlavə, Ərdoğanın Rusiyanın Baş naziri Dmitri Medvedev və Yunanıstan Prezidenti Prokopis Pavlopulosu qəbul etməsi gözlənilirdi. Bu görüşlər də bilinməyən səbəblərdən ləğv edilib.
Dövlət başçısının həmin gün Mabeyndəki iqamətgahından çıxaraq Kısıklı ərazisində yerləşən evinə keçdiyi deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930