Prezident vertolyotunun küləyi aeroportun rəisini öldürdü

14.09.2017 - 12:47

Tacikistanın Xoroq şəhərinin aeroportunun rəisi Dildor Maksudşoyev prezident İmomali Rahmonu yola salarkən həlak olub.

Virtualaz.org “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, Rahmon Dağlıq-Bədəxşan muxtar vilayətinə səfərini başa vurarkən Darvazsk rayonunun Yaxçı Sor kəndinə baş çəkib. Prezident kəndə baş çəkdikdən sonra vertolyota əyləşib. Prezident vertolyotunun işləyən pərlərinin yaratdığı külək yaxınlıqda dayanan Maksudşoyevi havaya qaldırıb və yaxınlıqdakı qayaya çırpıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

“Aerport rəisi havaya qalxmağa başlayan vertolyotun yaxınlığında dayanmışdı. Vertolyotun pərlərinin yaratdığı güclü külək yerə sərilmiş və Maksudşoyevin üzərində dayandığı xalçanı bükdü, küləyin gücünə dayanmayan xalça aeroport rəisi ilə birlikdə havaya qalxdı və yaxınlıqdakı iri daşa çırpıldı”-hadisənin şahidləri bildiriblər.

Aepoport rəisi prezidenti Darvazsk rayonuna səfərdə müşaiyət edən və qarşılayan məmurların arasında olub. İmomali Rahmon həmin kəndə daşqınların nəticələrindən əziyyət çəkmiş sakinlərlə görüşmək üçün getmişdi.

İnsidentə baxmayaraq prezidentin vertolyotu havaya qalxıb və İmomali Rahmon Daşkəndə yola düşüb. Onun aeroport rəisinin ölümünə hansı reaksiyanı verdiyi məlum deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031