Gəncə icra başçısı oğlunun bahalı maşın kolleksiyası – FOTO+VİDEO

27.02.2024 - 15:56

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Cumhuriyyet.az-ın məlumatına görə, bu haqda bloger Mehman Hüseynov araşdırma aparıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.

İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib. Atası 1280 manat məmur maaşı alan B.Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib? Gəncə Şəhər İcra Hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələdə qarşı tərəf nə Gəncə Şəhər İcra Hakimiyyəti, nə də Nizayi Bayramovdur.

“Adıçəkilən vətəndaşın özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır” – məlumatda qeyd olunub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir…

Fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198862

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930