Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev QHT sədrini döydürüb? ŞOK İTTİHAM – VİDEO

11.03.2024 - 14:09

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb. Bu barədə adıçəkilən təşkilatın üzvü Sima Babayeva deyib.
Onun sözlərinə görə, qəfil hücuma məruz qalan QHT rəhbərinə ağır xəsarət yetiriblər. “O, hazırda İstanbulda müalicə alır. Samir Adıgözəlli məmurlardan birinin şərab biznesi haqqında danışırdı“.
Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a danışan Samir Adıgözəlli ona qarşı hücumun Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev tərəfindən təşkil olunacağını bildirib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurması və Kiprdə qurduğu işə oğlu Orxan Hacıyevin rəhbərlik etməsi haqda iddialara rastlandıq. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.
Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də – 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun bununla bağlı fikirlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Dünyamız, çevrəmiz, həyatımız dəyişir. Hər şey dəyişsə də komitədən müavin Valeh Hacıyev dəyişmir. Ölkə başçısı xaricdə yaşayan bütün soydaşlarımıza sarılıb, onlara qayğı göstərir. Valeh Hacıyev isə əl-qol sallayır, necə deyərlər “şıllaq” atır… Ömrünü Azərbaycan diasporunun parçalanmasına, soydaşlarımız arasında birlik və bərabərliyin pozulmasına sərf edən bu adam kimə xidmət edir? Dövlətin vəsaitini hara sərf edir? Onu kimlər “mühafizə” edir?” Fuad Muradov gənc və enerjili komanda ilə yeniliklərə can atır. Bu insansa özünü “laboratoriya siçanları” üzərində araşdırmalar edən biri kimi aparır. Valeh Hacıyev bizi Kiprdə parçalaya bilmədi. Amma 10 ildə işlərimizin getməməsi üçün “yeraltı” əməliyyatlar etdi. Bilmədi ki, biz yerin altı haqqında da, üstü haqqında da məlumat sahibiyik. 10 il ərzində gördüyümüz bütün işlərə rəğmən bir dəfə olsun bu insandan Allahın salamını görmədim. 50 qəpik cibindən Azərbaycan üçün pul xərcləməyib. Türkiyədə lüks otellər və restoranlarda dövlət hesabına məclislər qurub. Dövlətə uzun illər zərər vurub. Ölkəmizin xeyrinə olan heç bir müraciətə müsbət yanaşmayıb. Biz 10 ildir bütün məsələləri öz hesabımıza həll edirik. Dövlətimizdən çox razıyıq.Hər zaman ən üst səviyyədə qayğı görmüşük.”- deyə Orxan Həsənoğlu əlavə edib.Bundan sonra hər şey fərqli olacaq, Valeh Hacıyev. Sən və sənin kimi dövlət əmlakını talayan (isbat edəcəm, darıxma), ölkə nüfuzuna zərər verən, Türkiyədə fəaliyyət göstərən dərnəklərə və şəxslərə qarşı savaş açan xarakterlər təmizlənəcək. Biz Azərbaycan üçün gecəmizi gündüzümüzə qatdıq, cənab prezidentə xidmət etdik, dövlətimizin tanıtımı və soydaşlarımızın rahatlığı üçün çalışdıq. Sən 20 ildir nə etdin? Kimə xidmət etdin?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930