Rektor olmaq üçün 250 min verən şəxs baş həkim oldu

16.03.2024 - 11:38

“Lanset” klinikasına yeni baş həkim təyin edilib. Bakupost.az xəbər verir ki, bu posta professor Əliyev Şahin Həşim oğlu gətirilib.

Şahgin Əliyev bir müddət əvvəl qalmaqallı məhkəmə işi ilə bağlı gündəmə gəlmişdi. Həmin məhkəmə işinə görə o, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ümumi Cərrahiyyə-2” kafedrasının müdiri vəzifəsindən azad edilmişdi. Məhkəmə prosesində məlum olmuşdu ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institutun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.

Sonradan aldadıldığını bilərək, məhkəməyə müraciət edib.

Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.

4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930