İşisiz vətəndaşlar haqsızlıqla üzləşir – Qazaxda

27.03.2017 - 10:07

Qazax rayon məşğulluq mərkəzinin müdiri Elçin Nəsibov haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub. Elçin Nəsibov qanunsuz əməllərini davam etdirməklə saxtakarlığın yeni yollarını icad etməklə məşğuldu. Rayonda əmək yarmarkası keçirilsə də, işaxtaranlar işlə təmin olunmur, yarmarka formal xarakter daşıyır.
Məqsəd boş iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, vakant yerlər rüşvət müqabilində satılır. Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır: “Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Hazırda Qazax Qaz İstismar sahəsində 3, Mənzil İstismar sahəsində isə 5-10 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Qazax rayonu Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibov özünə yaxın adamlarını və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir. Növbədə olan vətəndaşların deməsinə görə 100-150 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur. Buda digərlərinin narazılığına səbəb olur”
Ümumiyyətlə savadsız qohumunu və ya sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşı müqavilə ilə dövlət qulluğunda işlədib həmin vəzifəni müsabiqəyə çıxartmamağın bir adı var: ermənilik. İkinci adı olsa, o da olar dövlətə xəyanət. Niyə?
Ona görə ki:
1. yeri müsabiqəyə verməmək o deməkdir ki, vəzifəli şəxs bilir ki, onun qohumu və sövdələşdiyi savadsızdır və ölkədə onlardan savadlı şəxslər var
2. bilir ki, həmin savadlı şəxslər işsizdirlər
3. bilir ki, yer müsabiqəyə çıxarılsa həmin yeri onun savadsız qohumu deyil, savadlı bir gənc tutacaq
4. vəzifəli səxs ölkənin savadlı gəncinin işsiz olmağına razıdır, təki savadsız qohumu işləsin. Buda olur ermənilik və dövlətə xəyanət.
Ümid edirik ki, vaxt gələcək bu cinayətlər araşdırılacaq, saxtakarlar və onları himayə edənlər layiqli cəzalarını alacaqlar. Dövlət qulluğunu bu qədər ələ salmaq olmaz. Bu qədər dövlət idarələrinə şəxsi obyekti kimi yanaşmaq olmaz. Nə vaxtsa hüquq mühafizə orqanlarının Qazax rayonu Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovu kabinetində həbs etməsi xəbərini eşitsəniz təəccüblənməyəsiniz. Çünki onun cinayət əməlləri konkret faktlarla toplanır və yaxın vaxtlarda lazımi orqanlara göndəriləcək.(mediaxeberleri.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91245

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930