Cavid Qurbanovun çəkdiyi daha bir yol çökdü – FOTOLAR

12.10.2017 - 18:47

Bakı-Ələt avtomobil yolunun “20-ci sahə” adlanan ərazidən Bibiheybət məscidinə qədər hissəsi çöküb. Yolun Bibiheybət məscidindən şəhərə istiqamətində olan hissəsində bir neçə yerdə dərin çökmələr yaranıb. Nəticədə “Azəryolservis” ASC yolun çökən hissələrinə yamaqlar vurub. Buna baxmayaraq yolda çökmənin nəticələrini tam aradan qaldırmaq mümkün olmayıb, sürücülərin jarqonu ilə desək “iri qarmoşkalar” qalmaqdadır.

Yaxınlıqda yaşayanlar deyirlər ki, bu yolda sonuncu dəfə ötən ayın sonunda təmir işləri aparılıb, çuxurların üstünü asfaltla örtüblər.

Qeyd edək ki, bu avtomobil yolu “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində keçmiş Nəqliyyat Nazirliyi tərəfindən tikilib. Yolun çəkilişini həmin vaxt nazirliyin tərkibində olan “Azəryolservis” ASC (İndiki “Azəravtoyol” ASC) həyata keçirib.

“Azəravtoyol” ASC daha sonra- 2015-ci ildə Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə əsaslı təmir işləri aparılıb. Yolun asphalt örtüyü yenilənib, hərəkət ikiistiqamətli olub. Keçmiş Nəqliyyat Nazirliyinin rəsmi məlumatında yolun yüksək səviyyədə, müasir texnologiyalardan istifadə edilərək dünya standartlarına uyğun inşa edildiyi bildirilirdi.

Lakin cəmi 7 il əvvəl çəkilən və iki il əvvəl yenidən asfaltlanan yolda baş verən bu dərin çökmələr Nəqliyyat Nazirliyinin dövründə yol tikinti normalarının necə pozulduğunu bir daha göstərir. Mütəxəssislərə görə bu çökmələr yol yatağında bərkitmə işlərinin aşağı səviyyədə aparılmasının nəticəsi ola bilər.

Qeyd edək ki, sözügedən yola 30 il təminat verilmişdi. Həmin dövürdə “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov idi.

virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101162

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930