400 manat verib cibimizi “soyurlar”

19.10.2017 - 11:45

Paytaxt mağazalarında və sosial şəbəkələrdə şirnikləndirici reklamlara addımbaşı rast gəlirik

Çoxu endirim kampaniyaları olan bu reklamlar hər kəsin diqqətini cəlb edir.İstər-istəməz bu endirimlərlə maraqlanmaq həvəsinə düşür, yaxud da belə mağazalara üz tuturuq.Orda isə əks mənzərə ilə qarşılaşırıq.Müştərilər konkret olaraq aldadılır.Bu həm qiymətlərdə, həm də reklam olunan malın eyni adda olmasından xəbər verir.Yəni saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılmasıdır.

Endirim kampaniyasında olan aldatmaların sayı özünü son vaxtlar daha qabarıq göstərməkdədir.

İstehlakçıların hüquqlarının pozulması təkcə elektronika, məişət, texniki avadanlıqlarla bağlı deyil, eyni zamanda xanımlar üçün reklam olunan kosmetik vasitə və geyimlərdə də baş verir.Liderlik edən mağazalar gözqamaşdırıcı endirim kampaniyaları keçirir, bu üsulla kütlənin diqqətini çəkə bilirlər.Ancaq mağazalara yaxınlaşan istehlakçılar fərqli mənzərə ilə qarşılaşırlar.Şirnikləndirici reklamların isə məqsədi var. İnsanları mağazaya cəlb etmək və aldatmaq.Bundan əlavə internet və müxtəlif sosial şəbəkələr üzərindən məhsulların, dərman və kosmetik vasitələrin satışında, çatdırılmasında və keyfiyyətində də istehlakçılar aldadılır.Ekspertlər son vaxtlar müştərilərin aldadılması faktlarının daha geniş yayıldığı qənaətindədirlər.Ucuz reklam və saxta endirim adı altında istehlakçıların aldadılması qanunvericiliyə ziddir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, bu cür reklamlarda qiymət problemləri də var:

“Birincisi, istehlakçı reklama aldanır, dükana gedir və görür ki, endirim həmin mala aid deyil. İkincisi, malı seçir, bəyənir, tələbatını ödəmir, dəyişmək və qaytarmaq lazım olduqda müəyyən əsaslar gətirilərək dəyişdirilmir. Saxta kampaniyaların təbliği insanların cibini soymağa hesablanıb.Aldadılan istehlakçılar bununla bağlı dövlət orqanları qarşısında məsələ qaldıra bilərlər.Qarşı tərəfi belə hallarda minimum 400 manat gözləyir”.

Eyyub Hüseynov qeyd edib ki, onların təşkilatına da çoxsaylı istehlakçıların aldadılması ilə bağlı şikayətlər gəlir:

“Ən çox internet üzərindən satılan telefon və digər əşyalarla bağlı istehlakçılar aldadılır. Belə hallarda biz dövlət orqanlarına məktublar göndəririk.Əfsuslar olsun ki, dövlət orqanları istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində olan halları qulaqardına vururlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101820

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930