Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər – FOTO

21.10.2017 - 12:33

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı o “Ezik kareoqrafi” adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan qeyd edib ki, yazı saytdan silinib: “Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: “Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”.

Millət vəkili Qənirə Paşayeva da sosial şəbəkədə yazarın sözügedən köşəsini qınayıb.

Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102076

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930