“Qarabağ”ı təhqir edən yazar üzr istədi – Foto

21.10.2017 - 14:25

“Qarabağ” futbol klubunun azarkeşləri barədə “Əzik xoreoqrafiya” yazısının müəllifi “Sabah” qəzetinin müxbiri Mövlud Tezel Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə Tezel Tvitter hesabında yazıb.

“Diqqətlə baxsanız yazımın sadəcə bu xoreoqrafiya barəsində əyləncəli bir şərh olduğunu görərsiniz. Əgər Azərbaycan xalqını və qarabağlıları incitmişəmsə, üzr istəyirəm”, – Tezel bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102096

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930