Deputatdan Elman Rüstəmova irad: “Bank sistemi dağılır”

22.11.2017 - 16:51
“Qanuna dəyişikliklər edilərək Dövlət Neft Fondundan büdcəyə transferin həcminin yuxarı həddi müəyyən edilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov deyib. Deputat AMB sədrinin pul qıtlığının olmaması ilə bağlı fikirlərinə də münasibət bildirərək etiraz edib.
Onun sözlərinə görə, son bir il ərzində 3,7 mlrd. manat dövriyyədən çıxıb: “Ölkədə inkişaf pul kütləsi hesabına olmalıdır. Pul kütləsinin kifayət qədər olmaması hesabına 2017-ci ildə iqtisadi geriləmə baş qeydə alınır”. V.Əhmədov vurğulayıb ki, bank sistemində problem ölkənin əsas problemidir: “Azərbaycanda bank sistemi dağılır”.
Deputat həmçinin bildirib ki, qiymət məsələsində dövlətin xüsusi strateji yol xəritəsi olmalıdır: “Qiymətlərin belə artması şəraitində əmək haqları nə qədər artsa da, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq. Azərbaycanda qiymət siyasəti yoxdur. Qiymətlər niyə qalxır? Səbəbi nədir? Milli valyutanın məzənnəsi dəyişmir. İxrac idaxlı üstələyir. Qiymətlərin sürətlə dəyişməsinin bazası olmalıdır. Daxildəki inflyasiyanın kim yaradır? Niyə qiymətlər gün-gündən qalxır? Gömrük rüsumu aşağı salınsa da, yağın qiyməti aşağı düşmədi, 18-24 manat arasında dəyişir. Bu, sadəcə bir nümunədir. Bütün qiymətlərdə eyni vəziyyətdir. ƏDV-ni differensiallaşdırmaq lazımdır. Xaricdən gələn bütün mallara eyni vergi qoyulmamalıdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930