Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı? – SƏBƏB

05.12.2017 - 18:45

Xəbər veridiymiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vergilər Naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib.

Prezidentin imzaladığı bir digər sərəncamla bu vəzifəyə Təhsil Naziri Mikayıl Cabbarov gətirilib.

AZXEBER.COM-un məlumatına görə, günün sonunda ölkədə iki böyük nazirlikdə edilən dəyişiklik heç də gözlənilməz olmayıb. Belə ki, zaman-zaman mətbuatda Fazil Məmmədovun səhhəti ilə əlaqədar olaraq müalicə alması ilə bağlı məlumatlar yayımlanıb.

Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.

Məhz bir neçə müddətdir ki, işə çıxa bilməyən nazir yalnız müəyyən müddətlərlə işə gələ bilirmiş. Bu səbəbdən o özü bu vəzifəni daşıya bilmədiyini söyləyərək vəzifəsindən azad olunmasını ölkə rəhbərliyindən istəyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106411

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031