“Ona görə sürətli sürürdüm ki…” – Gelandewagen-lə adam öldürən məmur nəvəsi

05.12.2017 - 19:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

Cumhuriyyet.net qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib.

O deyib ki, haqqında deyilənlər yalandır: “Uzun müddət idi Naillə bir-birimizi görmürdük. Həmin gün də görüşmək üçün razılaşdıq. Mərdəkanda görüşdük, axşam da hərə öz maşınında evə qayıdırdı. Mən Nailin arxasıyca gedirdim,o qəfildən sürəti artırdı. Nailə zəng etdim, cavab vermədi. Mən həmin yerə çatanda artıq hadisə olmuşdu”.

Daha sonra N.Allahverdiyev ifadə verib. O, maşını yüksək sürətlə sürməsinin səbəbini də açıqlayıb: “Biz gələndə yolda Mehdinin səhhəti pisləşdi, onun ürəyi ağrıyırdı. Mən onu təcili xəstəxanaya çatdırmaq üçün sürətli sürməyə başladım. Sonra da hadisə oldu. Mən də adi vətəndaşam, hadisə yerindən də qaçmamışam, ədalətli qərar verilməsini gözləyirəm”.

Mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva da ifadə verərək şikayəti olmadığını deyib: “Mehdi ilə Nail dost idi. Mən əminəm ki, maşını Mehdi sürsə idi və belə hadisə Nailin başına gəlsəydi, onun da ailəsi şikayətçi olmazdı”.

Qəza zamanı vəfat edən Vaqif Əsədovun oğlu Ramiz Əsədov da şikayətçi olmadığını deyib: “Atam hər gün o yolla həmin vaxt işdən gəlirdi. Hadisə günü isə evə gəlmədi. Polis İdarəsinə getdim, bir kişi meyiti göstərdilər. Gördüm ki, atamdır”.

N.Allahverdiyevin vəkilləri təkrar avtotexniki ekspertizanın keçirilməsi üçün vəsatət veriblər.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031