“Türkiyə və Rusiyadan kömək istənilməlidir” – Qüdrət Həsənquliyev

30.07.2019 - 18:08

Bir neçə gün öncə Xəzər dənizinə düşmüş “MİQ 29″ qırıcısının axtarışları hələ də davam edir.

Müdafiə naziri Zakir Həsənov hər gün şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində görülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında təcili olaraq Rusiya və Türkiyədən kömək istənilməli olduğunu deyib:

“Artıq bir neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq qəzanın baş vermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxillik təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=130875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031