Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb – “İclas keçirilməyəcək”

04.12.2019 - 14:20

“Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq”.

“Report”un məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq. Həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər.

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137922

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930