Sabir Rüstəmxanlıdan Dünya Azərbaycanlılarına çağıış: erməniləri diplomatiya və hərb meydanında məğlub edək

24.07.2020 - 16:43

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Azərbaycanın Xalq şairi, Millət Vəkili Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına müraciət imzalayıb. Müraciətdə deyilir: 

” Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti nəticəsində cəbhədə yaşanan gərginlik artıq bölgə sərhədlərini aşmaqdadır. Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdi, Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, ölkəmizin dövlət sərhədlərinə açıq-açığına təcavüz erməni siyasətinin iç üzünü aşkarlamaqla yanaşı, böyük enerji layihələrinin gerçəkləşdiyi bölgədə mümkün hərbi gərginliklə bağlı dünya ölkələrində də narahatlıq yaratdı. Beynəlxalq təşkilatların və böyük dövlətlərin son olaylarla bağlı mövqeyində də ilk dəfədir ki, zəif şəkildə də olsa Azərbaycanın mövqeyi dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Eyni zamanda,Tovuz döyüşləri Azərbaycan ordusunun düşmənə layiqli cavabı fonunda Azərbaycan xalqının düşmənə qəzəb, torpaqlarımızın azad olunması uğrunda mübarizə qətiyyəti ilə müşayət olundu və bütün dünya torpaq məsələsində xalqımızın güzəştə getməyəcəyinin şahidi oldu. Uğursuz hərbi-siyası addımlar həm Ermənistan hakimiyyətini, həm də erməni diasporunu çıxılmaz duruma salıb. İflasdan başını itirən işğalçı hər cür təxribata və hiyləyə əl atır. Son günlər dünyanın bir çox ölkələrində ermənilərin azərbaycanlılara hücumları, insanlara xəsarət yetirilməsi də bu hiylə və təxribatın tərkib hissəsidir. ABŞ və Avropa ölkələrində vandal erməni diasporasının üzvləri tərəfindən soydaşlarımızın döyülməsi heç şübhəsiz hər bir azərbaycanlıda qəzəb və qisas hissi yaratdı. Baş verənlərə cavab olaraq bir neçə şəhərdə Azərbaycanlı icması ilə təxribatçı ermənilər arasında qarşıdurma yaşanmış, onlara adekvat cavab verilnişdir

Əziz soydaşlarımız! Bacılar və qardaşlar! Yaşanan olaylar ermənilərin “Azərbaycanlılarla birgə yaşamaq mümkün deyil”, “Azərbaycanlılar ermənilərə qarşı Qafqazdan kənarda da nifrət hissi ilə yaşayı”, “Bu xalq vəhşıdir” təbliğatını aparmağa, öz adını bizə qoymağa hesablanmış təxribatdır. Hadisələrin ermənilərin vəhşiliyi və pozuculuq fəaliyyətindən qaynaqlanmasına baxmayaraq, bu kimi yanlış ictimai rəy yaradılmasına imkan verməməliyik! Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının Vətən, Qarabağ yanğısı qürurvericidir. Amma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı hərb və diplomastiya meydanında həll olunaqcaq! Minlərlə vətəndaşımızın qısa müddətdə könüllü olaraq döyüşməyə hazır olduğunu bildirməsi bunun bariz nümunəsidir!

Əziz soydaşlarımız! Sizlərin vətən sevginizi və mübarizə əzminizi bir daha alqışlayaraq Sizi hər hansı erməni təxribatına uymamağa, yaşadığınız ölkədə Qarabağ savaşına hüquqi və diplomatik yolla dəstək verməyə çağırıram. 50 milyonluq Azərbaycan xalqının bütöv yumruq halında birləşməsi böyük qələbəmiz deməkdir! Yaşasın Azərbaycan!”

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930