Ömürlük OMON-çular yenidən vətən müharibəsinə qatılmaq istəyir – həbsxanadan müraciət

03.10.2020 - 10:42

24 ilə yaxındır həbsdə olan ömürlük OMON-çu məhbuslardan Səfa Poladov və Arif Kazımov ölkə rəhbərliyinə müraciət ediblər. Qobustan qapalı həbsxanasında saxlanılan hər iki məhbus müraciətlərində sentyabrın 27-də ermənilərin Qarabağ cəbhəsindəki təxribatlarından sonra Azərbaycan Ordusunun başlatdığı vətən müharibəsində iştirak etmək istədiklərini bildiriblər.

Bu barədə “Yeni Müsavat”a OMON-çuların yaxınları məlumat veriblər.

A.Kazımovun anası Tükəzban Kazımova da cəbhəyə yollanmaq istəyir: “Həftənin ikinci gün Ariflə danışdıq. Dedi ki, millətin övladları torpaqlarımız üçün necə canlarını qurban verirlərsə, həyatlarını təhlükəyə atırlarsa, mən də elə olmaq istərəm. Sadəcə, bunun üçün imkanlarının olmadığını bildirdi. Ona görə bizim vasitəmizlə müraciət ünvanlayıb, azad edilmələrini ölkə rəhbərliyindən xahiş etdi. Onsuz da digər oğlum da 10 ildən çox döyüş meydanlarında olub. Ən çətin nöqtələrdə döyüşüb. Çox istərdim ki, mənim övladım da hazırda gedən döyüşlərdə iştirak etsin. Arif birinci Qarabağ savaşında da illərlə döyüşüb. ”Qaynar Xətt”ə dedim ki, bunlar orada saxlanılmaqdansa, vətən uğrunda müharibəyə göndərilsin. Allah bilər, saxlasa saxlayar, olmazsa da, vətən uğrunda bilərəm ki, övladım şəhid olub. 70 yaşım var. Yeri gəlsə mən də cəbhəyə gedərəm, əsgərlərimizə qulluq edərəm, onlara yemək bişirərəm, paltarlarını yuyaram”.

Səfa Poladovun bacısı Şəfa Poladov da qardaşının müraciətini çatdırdı: “Həftənin ikinci gün danışdıq. Səfa döyüşməyi çox arzulayır. İlk Qarabağ döyüşlərində iştirak etdiyi üçün indi bunu daha çox istəyir. Ona görə müraciət etdi və azadlığa buraxılmalarını xahiş etdi. Vətənin keşiyində yenə də durmağa hazır olduqlarını söylədi. Səfa uzun illər döyüşlərdə iştirak edəndən sonra həbsxanaya düşdü. Elçin Əmiraslanovun dəstəsində idi”.

Qeyd edək ki, bu iki məhbusla bərabər Qobustan həbsxanasında cəza çəkən üçüncü ömürlük OMON-çu da var. Bu da vaxtı ilə Qarabağda döyüşən Elçin Əmiraslanovdur. Onun yaxınları ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Çox ehtimal ki, o da azadlığa çıxıb, bu döyüşlərdə iştirak etməyi çox arzulayır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun bu müraciətlə əlaqədar mövqeyini öyrəndik. O, bildirdi ki, OMON-çuların müraciətinə mütləq reaksiya verilməlidir: “Bu müraciətə reaksiya verilməli, onların istəkləri nəzərə alınmalı və müharibəyə göndərilməlidirlər. Hər ikisi müharibəyə tam hazırlıqlı insanlardır. Çünki birinci Qarabağ müharibəsində iştirak etdikləri üçün döyüş təcrübələri var. Onların müharibədə olmaları çox yaxşı olardı. Digər tərəfdən artıq bu şəxslər 24 ilə yaxındır ki, həbsxana həyatı yaşayırlar. Onların illərinə bərabər, hətta bundan çox cəza çəkənlər var ki, azad olunmaları çox vacibdir. Biz demirik ki, caniləri azad edin. Amma elələri var ki, anlaşılmazlıq üzündən 20 ildən çoxdur həbsxanadadırlar. 15 il cəza çəkən ömürlüklərdən də azad olunmaları mümkün olanlar var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155301

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031