Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq? – AÇIQLAMA – VİDEO

07.01.2021 - 10:46

“Ölkənin bəzi şəhər və rayonlarında 18 yanvara qədər davam edəcək sərt karantin rejiminin müddəti uzadılmaya bilər”.

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev ”Xəzər Xəbər” açıqlamasında deyib.

Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.

Millət vəkili deyir ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.

Millət vəkili könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin.

Millət vəkili hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031