Ermənistanda Azərbaycan dilinin tədrisinə BAŞLANILDI

22.10.2021 - 16:14

Ermənistanda Azərbaycan dilini tədris edən mərkəzlər fəaliyyət göstərməyə başlayıb.

 

Onlardan biri sentyabrda açılmış “ALC Azerbaijani Language Centre” adlanır.

 

Mərkəzin yaradıcısı 20 yaşlı Aram Poladyan erməni gənclərini Azərbaycan dilini öyrənməyə çağırıb.

“Güclü dövlət, güclü ordu yaratmaq istəyiriksə, düşmənin dilini də bilməliyik. Bu bizim təhlükəsizliyimiz üçün önəmlidir”.

 

“ALC Azerbaijani Language Centre” “Smart Armenia” təşkilatı ilə birgə ilk mərhələdə 20 tələbə qəbul edib. 8 aylıq kurslardan sonra onlar Azərbaycan dilində sərbəst yaza və danışa biləcəklər. Yerevan Dövlət Universitetin bir qrup linqvist-professoru isə mərkəz üçün Azərbaycan dilində dərsliklər hazırlayıb.

 

Aram Poladyan kursu bitirəcək gənclərin gələcəkdə Ermənistan Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin müvafiq şöbələrinə, Azərbaycan mediasını monitorinq edən, material toplayan mərkəzlərdə işə cəlb olunacağını əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167830

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031