Məktəbdəki uçqunun səbəbi nədir? – AÇIQLAMA

31.03.2022 - 17:26

Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Modern.az-a daxil olan məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

Qeyd edək ki, ölkənin bir sıra informasiya saytı və sosial şəbəkə hesablarında məktəb binasının çökməsi nəticəsində müəllim və şagirdlərin həlak olması ilə bağlı əsassız informasiyalar yayılıb. Bu informasiyalar həqiqəti əks etdirmir. Təhsil Nazirliyinin rəsmi məlumatına görə, təmir işləri başlayandan sonra qəza baş verən məktəbin şagirdləri öz təhsillərini Nehrəm qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə davam etdirirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930