Paşinyan da Brüsselə getdi
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfər edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.
Baş nazirin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə ayrıca söhbəti olacaq.
Bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşü planlaşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=175635