Binəli Yıldırım İlham Əliyevə qılınc hədiyyə etdi – FOTO

16.06.2022 - 18:14

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Cumhuriyyet.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Forumun dünya miqyasında ən mühüm tədbirlərdən biri olduğunu bildirib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırdığını məmnunluqla qeyd edib.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə ötən gün Şuşada beynəlxalq konfransın keçirilməsinin önəmini vurğulayan Binəli Yıldırım həmin tədbirdə də vacib müzakirələrin aparıldığını deyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031