“Azərxalça”ya yeni sədr müavini TƏYİN OLUNDU

15.07.2022 - 17:59

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədrinə daha bir müavin təyin edilib.

Cumhuriyyet.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Emin Əfəndiyevə həvalə olunub və bununla da, qurumda sədr müavinlərinin sayı 2-yə çatıb. Ötən il Ceyhun Əlibəyov da müavin təyin edilib.

Xatırladaq ki, Emin Əfəndiyev 1992- ci ildə Material Ehtiyatları Nazirliyi, «Azərtikinti Materialları» İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib. 1996-2004-cü illər ərzində «Rossiyskiy Kredit» BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2004-2009-cu illərdə «AZAL» SKB (2008-ci ildə adını dəyişdirilərək «Silk Way» SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib. 2015-2018-ci illərdə «MBA-Moskva» Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib. 2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178540

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930