İlham Əliyevdən “Qarabağ”ın qələbəsilə bağlı PAYLAŞIM
Prezident İlham Əliyev “Qarabağ” klubunun Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı ilə bağlı tviter hesabında paylaşım edib.
Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir:
“Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”
Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. “Qarabağ”ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=181988