Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib

03.04.2023 - 14:38

Millət vəkili Fazil Mustafaya qarşı terror aktı İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə həyata keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Haqqın.az” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Bu məqsədlə siyasi şiəlik düşərgəsinin fəallarından biri olan Azər Səricanov Azərbaycanda “Qaraköynəklilər” dəstəsi yaradıb. Törədilmiş cinayətin xarakteri, iştirakçıların şəxsiyyəti, istifadə etdiyi üsullar, eləcə də Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat məlumatları bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığına dair əsaslı şübhələri gücləndirir”, – məlumatda deyilir.

Qeyd olunur ki, Fazil Mustafaya silahlı hücumdan əvvəl Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib:

“Azərbaycan hökuməti və ictimaiyyəti İranın hərəkətlərini Azərbaycana qarşı terror üsulları seçmiş bu ölkənin erməni xüsusi xidmət orqanlarının və millətçi dairələrinin fəaliyyət metodları ilə eyniləşdirir. Hüquq-mühafizə orqanları “Qaraköynəklilər” şəbəkəsinin bütün üzvlərinin müəyyən edilməsi istiqamətində fəal iş aparır. Qeyri-qanuni təşkilata qoşulan Azərbaycan vətəndaşları qanun çərçivəsində maksimum cəza alacaqlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930