BİZİM ADAMa gecikmiş TƏBRİK

27.04.2023 - 19:53

Əflatun Amaşov Azərbaycan mətbuatının sütunlarından və müasir mətbuatın yetişdirdiyi dəyərli simalardan biridir. Amaşov medianın keşiyində hər zaman dayanıb və o, təsadüfən uzun illər Mətbuat Şurasının sədri postunda olmayıb. Onun arxasında hər zaman mətbuat nümayəndələri, media kapitanları olduğu kimi, o da sədr postunun imkanları daxilində həmişə mətbuatın və jurnalistlərin yanında olub. Mətbuatın sıravi üzvündən tutmuş rəhbərliyinə, mətbuat nümunələri sahiblərinə qədər hər kəsin haqq və hüquqlarını müdafiə eləməyə çalışıb və müdafiə edib. Əflatun müəllim bu gün rəsmən millət vəkili olmasa da bizim mətbuat camiyasının təmsilçisi kimi AZAD SÖZ VƏKİLİDİR! Bir sözlə, bu insan bütün həyatını və ömrünü Azərbaycan mətbuatına həsr eləmiş birisidir. Gənc yaşlarından mətbuatda çalışır, yaşının bu çağında da bu çalışma eyni şövq və həvəslə davam edir, dəyərli dostumuz, qardaşımızdır. Biz bu çalışqan, yorulmaz, zəhmətkeş insanı bu gözəl gün münasibətilə bir daha ürəkdən təbrik edirik, ona daha böyük uğurlar arzulayırıq. Çünki onun uğurundan bizim hər birimizə pay düşür və nə qədər irəlidə olması, uğur qazanması Azərbaycan mətbuatının maraqları üçün də əhəmiyyət kəsb edir. Bu baxımdan Amaşovun hər zaman ayaqda və postda qalmasını arzulayanlardan biri də mənəm. Əflatun müəllim haqqında uzun-uzadı danışmaq mümkündür. Yalnız onu deyə bilərəm ki, o, nəinki üzdə olan, tanınan jurnalistlər, həm də tanınmayan və şəxsən tanımadığı gənc jurnalistlər üçün də əlçatan, onların belə sözünü eşidən şəxsdir. Qısacası, Əflatun Amaşov sözün hər mənasında Bizim Adamdır. Onu səmimi qəlbdən təbrik edirəm, uzun ömür və ətrafındakılara ağsaqqallığını nümayiş etdirən incə təbəssümünün üzündən əskik olmamasını arzulayıram. Əflatun Amaşov çox güclü, mütərəqqi insandır. Çalışqan olmaqla yanaşı, müasir jurnalistikanın prinsiplərini Azərbaycanda tətbiq etməyə səy göstərib. Gələcəkdə də işini və fəaliyyəti məhz bu əsaslarla qurmağı ona arzu edərdim.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930