Havanın temperaturu 43 dərəcə olacaq
Ölkə ərazisində müşahidə olunan isti hava şəraiti davam edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 35-39°, bəzi yerlərdə isə 42° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Şıx və Sahildə 29-30° isti təşkil edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=29197