Habil Əliyevlə bağlı son durum – jurnalistlər xəstəxanaya çağırıldı

18.08.2015 - 12:26

habilXalq artisti, ustad sənətkar Habil Əliyevi müayinə etmək üçün Türkiyənin tanınmış həkimi Özqan Ocaq səhər saatlarında Bakıya gəlib. Həkim yaxın bir neçə saat müddətində sənətkarı müayinə edəcək.

Bu gün saat 12-də Mərkəzi Kliniki Xəstəxanada türk həkimi Habil Əliyevin səhhəti ilə bağlı mətbuat konfransı keçiriləcək və onun səhhəti ilə bağlı jurnalistlər məlumatlandırılacaq. Bu barədə Publika.az-a sənətkarın xanımı Şərqiyyə Əliyeva məlumat verib. O, Habil Əliyevin son durumu ilə bağlı bunları deyib:

“Habili süni nəfəs aparatına qoşulub, nə danışır, nə də gözlərini açır. Yanına yalnız qızlarımı qoyurlar. ANS-dən Mir Şahin yanına gəlmişdi, həkimlə birgə Habilə baş çəkib. Gecə Mir Şahin mənə dedi ki, Habil müəllimi səslədim, o da yavaşca əlimi sıxdı və gözlərini yarımçıq açdı. Bilmirik necə olacaq, əlac Allaha, bir də həkimlərə qalıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29630

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930