Ramil Səfərov ermənilərlə yeni davada

30.01.2016 - 23:43

Azərbaycanlı zabitin işinə Avropa Məhkəməsində baxılacaq

rrAvropa İnsan Haqları Məhkəməsi həm Azərbaycanı, həm də Macarıstanı azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi Ermənistan hərbçisi Gurgen Margaryan-ın işi üzrə cavabdeh kimi tanıyıb. Bu xəbəri Avropa İnsan Haqları Vəkil Mərkəzinə istinadla “Azadlıq” radiosunun erməni xidməti yayıb.
Avropa İnsan Haqları Məhkəməsi qətlə yetirilmiş Ermənistan zabitinin qohumlarının iddiasına Azərbaycan və Macarıstandan rəsmi cavab istəyir.
CƏZASININ TAM ÇƏKİLMƏSİ ƏNGƏLLƏNİB
Margaryan-ın qohumlarının hüquqlarını Avropa İnsan Haqları Vəkil Mərkəzi, Ermənistanın «Legal Guide» ictimai təşkilatı və vəkil Nazeli Vardanyan təmsil edir.
Erməni zabitinin ailəsi əmindir ki, Gurgen Margaryan-ın öldürülməsi onun yaşam hüququnu pozduğu kimi, Səfərovu əfv edən rəsmi Bakı da qatilin öz cəzasını tam çəkməsinə mane olub. Margaryan-ın qohumları bir məqama da ayrıca diqqət çəkirlər: erməni zabiti milli nifrət zəminində törədilmiş cinayətin qurbanıdır.
MACARISTAN NİYƏ ZƏMANƏT ALMAYIB?
Erməni tərəf Macarıstanı da ittiham edərək, bu ölkəni hökmdə göstərilən cəzanı tam çəkəcəyinə zəmanət almadan Ramil Səfərovun ekstradisiyasına icazə verməkdə günahlandırır. Margaryan-ın ailəsi Avropa İnsan Haqları Konvensiyasına dayanaraq, Azərbaycan və Macarıstanın qanun pozuntularına yol verdiyini iddia edir.
Bu işdə iddia qaldıranlardan biri də Hayk Makuchyan-dır. Budapeştdə baş verən həmin hadisə zamanı Səfərovun onu da öldürmək istədiyi deyilir.
12 İL ÖNCƏ
2004-cü ilin fevralında Budapeştdə NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində ingilis dili kursları təşkil edilib. Kursa Azərbaycan və Ermənistan zabitləri də qatılıblar. Ramil Səfərov erməni zabitini elə həmin kursda oxuyarkən qətlə yetirib. O, belə addıma əl atmasını Margaryan-ın Azərbaycan bayrağını təhqir etməsiylə əsaslandırır.
2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə Ramil Səfərova, 30 il əfv edilməmək şərtiylə, ömürlük həbs cəzası verilib. 2012-ci il avqustun 31-də o, Azərbaycana təhvil verilib və İlham Əliyev Ramil Səfərovun dərhal əfv edilməsinə dair sərəncam imzalayıb. Ona mənzil bağışlanıb, həbsdə olduğu 8 ildə yığılan əməkhaqqı ödənilib. Əksəriyyət Ramil Səfərovu Bakıda milli qəhrəman kimi qarşılayıb.
Elə həmin gün Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52145

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031