“Müəllimin 3 ilə qazandığını AFFA 5 dəqiqəyə qazanır” – “Xəzər Lənkəran” rəsmisindən etiraz

24.05.2016 - 17:45

elvar-quliyev2AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyev buna münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, “Facebook” hesabında cəzalanmasına belə etiraz edib: “5000 manat orta məktəb müəlliminin təxminən 3 illik əmək haqqıdır. Bizim futbol qurumu – AFFA isə 5 dəqiqəyə bu pulu “qazanır”. Bu böhran dönəmində orijinal metod tətbiq etdiklərinə görə onları alqışlayıram”.

Qeyd edək ki, Elvar Quliyev “Rəvan” – “Xəzər Lənkəran” (2:2) oyununun 81-ci dəqiqəsində hakim Ramil Diniyevin onların qapısına təyin etdiyi penaltiyə görə baş hakimə etiraz edib. AFFA Quliyevin bu etirazına 5 oyunluq cəza verib və 5 min manat cərimə kəsib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031