Məşhur azərbaycanlı aktrisa: “Minlərlə kişi çılpaq fotolara görə üzr istədi”

25.05.2016 - 15:16

nesrin-cavadzadeTürkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin kişilərin sosial şəbəkədə ona çılpaq fotolarını göndərdiyi və həmin fotolardan sərgi açacağı barədə açıqlamasından sonra minlərlə kişi aktrisadan üzr istəyib.

Musavat.com xəbər verir ki, aktrisa bu haqda “İnstagram səhifəsində məlumat yayıb: “Ötən gün çox təəccübləndirici hadisə baş verdi, hələ də təsirindəyəm. Minlərlə adam öz həmcinslərinin mənə çılpaq foto göndərməsinə görə məndən üzr istədi. Mesajların hamısını oxumaq mümkün olmasa da, əksəriyyətində “Təəccübləndim, çox utandım, sizdən üzr istəyirəm” sözləri yazılmışdı. Dəyərli kişilər, təəccüblənməyin. Saxta profil açıb cazibədar qadın şəkili paylasanız eyni halla rastlaşacaqsınız. Sizlərdən aldığım mesajlar mənə güc və ümid verdi. Qadına qarşı törədilən cinayətlərə görə ölkəmiz ilk sıralardadır. Amma anladım ki, insanlıq tam olaraq ölməyib. Deməli, hələ də ümid var. Təşəkkür edirəm, çox sağ olun, gözəl anaların gözəl oğulları …”

Qeyd edək ki,aktrisa “Hüriyyet” qəzetinə müsahibəsi zamanı bildirib ki, “İnstaqram”da kişilər ona çılpaq fotolarını göndərir:“ “İnstagram”da mənə çılpaq şəkillərini göndərirlər. Əvvəllər çox kədərlənirdim. Amma sonra ağlıma dahiyanə bir fikir gəldi. İndi heç birini silmirəm, çılpaq fotolardan ibarət sərgi açacağam. Şəxsiyyətlərini də açıqca göstərəcəyəm. Onlar məni taciz edirlər. Onları hüquq-mühafizə orqanlarına şikayət edə bilərəm. Amma mən fərqli yol seçmişəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=65110

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930