Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi…”

13.08.2016 - 14:45

155275_res_01Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə naziri”, general Levon Mnatsakanyan erməni silahlı birləşmələrinin aprel döyüşlərinə qədər zəruri kəşfiyyat vasitələrinə malik olmadığını deyib.

Cumhuriyyet.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Levon Mnatsakanyan bu səbəbdən Azərbaycan ordusunun hazırlıqlarının miqyasından xəbər tuta bilmək imkanında olmadıqlarını etiraf edib.

“Aprel döyüşlərinə qədər müvafiq texniki vasitələr olmadığından bizim dərinliklərdə kəşfiyyat aparmaq və rəqibin planlaşdırdığı hərbi əməliyyatın miqyasını aşkara çıxarmaq imkanımız yox idi. İndi isə erməni ordusunun ön xəttdəki bölmələri müvafiq texniki vasitələrlə təchiz olunub. Bunlar zəruri dərinliklərdə kəşfiyyat aparmağa imkan verir”-general iddia edib.

Xatırladaq ki, aprel döyüşlərindəki məğlubiyyətlərə görə prezident Serj Sərkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb. 4 general və bir neçə polkovnik, o cümlədən Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Komitas Muradyan işdən qovulub.

Aprel döyüşlərindən sonra Ermənistan ordusunun hansı yeni kəşfiyyat vasitələri ilə təchiz olunduğu haqda məlumat yoxdur. Lakin istisna deyil ki, söhbət yeni pilotsuz uçan aparatlardan gedə bilər. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, təmas xəttindəki mövqelər gecəgörmə cihazları və videomüşahidə sistemləri ilə təchiz olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=72959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031