Lənkəranski sonuncu dəfə Azərbaycana niyə və nə vaxt gəlmişdi? – Özəl təfərrüatlar

19.08.2016 - 17:24

rr-73Rövşən Lənkəranski sonuncu dəfə Azərbaycanda 2014-cü ilin noyabrında olub. Həmin vaxt o, Aşurada iştirak etmək üçün doğulduğu Lənkəranı ziyarət edib.
Lənkəranski həmin il noyabrın 4-də doğulduğu şəhərdə keçirilən Aşura mərasiminə qatılıb. O zaman “qanuni oğru”nu şəhərin Kiçik Bazar adlanan ərazisində ətrafında 4-5 mühafizəçisi ilə görüblər.
Lənkəranski ilə yanaşı anası, həyat yoldaşı və uşaqları da Aşura mərasiminə qatılıb.
Məşhur “qanuni oğru” “Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasın Birləşmiş Ərəb Əmirliyində – Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş.
Xatırladaq ki, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu “Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb.
Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.(qaynarinfo.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031