Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

24.08.2016 - 13:36

cahangirBakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyevin vəkilləri – Fəxrəddin Mehdiyev və Aqil Layicov vəsatət qaldıraraq, məhkəmə tərkibinə etiraz ediblər. F. Mehdiyev deyib ki, buna səbəb məhkəmə heyətinin indiyədək 6 vəsatətdən heç birini təmin etməməsidir. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətlə razılaşmayıb və indiki mərhələdə buna ehtiyac olmadığını bildiriblər.
Dövlət ittihamçısı Fərid Nağıyev də vəsatətin əsaslı olmadığını deyərək, təmin olunmamasını istəyib. Məhkəmə tərkibi vəsatətin əsaslandırılmadığı səbəb göstərərək, baxılmamış saxlayıb.

Prosesdə anket məlumatlar yenidən dəqiqləşdirilib.

Fəxrəddin Mehdiyev C. Hacıyevin şüşə qəfəsdən çıxarılaraq, vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil C. Hacıyevə istintaq təcridxanasında təzyiq edildiyini də diqqətə çatdırıb: “Onun soyuducusu belə əlindən alınıb və bu, Cahangir Hacıyevin günlərlə ac qalmasına səbəb olub”.

Prokuror isə vəsatətə münasibət bildirərək, yalnız ifadə verən vaxt təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasının mümkün olduğunu və buna etiraz etmədiyini deyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Aqil Layicov verilən kreditlərlə bağlı tələb-güzəşt sənədlərinin məhkəməyə təqdim olunmasını və araşdırılmasını istəyib. Hakim isə bu vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacağını deyib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib.

C. Hacıyev də daxil olmaqla təqsirləndirilən digər şəxslər ittihama münasibət bildirərək, özlərini təqsirli bilməyiblər. C. Hacıyev ittiham aktında ona aydın olmayan məsələlərin olduğunu deyib.

Məhkəmə indiki mərhələdə təqsirləndirilən şəxslərin ifadə verməsi haqqında qərar qəbul edib.
Proses fasilədən sonra davam etdiriləcək.

Fasilədən sonra C. Hacıyevin ifadə verməsi gözlənilir.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73972

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930