Qənirə Paşayava Gülənə görə Azərbaycan saytını məhkəmə ilə hədələdi

25.08.2016 - 12:54

qenire2Millət vəkili Qənirə Paşayeva sosial şəbəkələrdə yayılmış bir videosunu dərc etdiyinə görə A24.Az saytını məhkəməyə verməklə hədələyib.

A24.Az-ın məlumatına görə, millət vəkilinin hiddətləndirən video 11-ci dünya türkcə olimpiadasının finalında etdiyi çıxışı zamanı çəkilib.  Video ilk dəfə “Youtube” sosial şəbəkəsinin “Türkçe Olimpiyatları”  səhifəsi tərəfindən “Azerbaycan Milletvekili Ganire Paşayeva Türkçe Olimpiyatları Şarkı Finali’nde” başlığı altında 8 iyun 2013-cü il tarixdə yayılıb. Videoçarxın 1.59 dəqiqəsində Qənirə Paşayeva “Hər bir işin bir memarı var. Və mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm” deyərək Fəthullah Gülənə alqış istəyib.

Qənirə Paşayeva A24.Az-a yazdığı mesajlarında 3 il öncə dərc olunmuş həmin videonun yenidən dərc olunmasını qərəz olaraq qəbul edib və saytı məhkəməyə verəcəyini bildirib. “Ömrümün xeyli hissəsi jurnalistkada keçib və gerçək jurnalistlər yazının qoxusundan anlayır hər şeyi” deyən millət vəkili, dolayısı ilə həmin çarxın yenidən gündəmə gətirilməsinin özü üçün təhlükəli olduğunu vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74071

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930