“Qafqaz” Universitetinin rektoru və müəllimləri nazirliyə çağırılıb

20.01.2017 - 13:01

Ötən gün Təhsil Nazirliyində “Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib. Bu barədə fəaliyyəti dayandırılan “Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub.

“Görüşdə qeyd olunub ki, “Qafqaz” Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyatı suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək”.

R.Rza qeyd edib ki, ilk növbədə tələbələrinin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək.

Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85866

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930