Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri: Yüksək maaş alırmış- SİYAHI

26.03.2017 - 02:32

Paytaxt Bakı da daxil olmaqla qış mövsümündə qaz təchizatındakı problemlər narazılığa səbəb olub.

Son günlər havaların yenidən soyumasına baxmayaraq, paytaxta və bölgələrə verilən qazın təzyiqi həddindən artıq aşağıdır. Narazılıqların yenidən artdığı bir zamanda “Azəriqaz”da yüksək əmək haqqı verilən vəzifələrin siyahısı açıqlanıb.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı “Azəriqaz” regional idarələrində vəzifəlilərinin əmək haqlarından çıxarış təqdim edib.  Çıxarışda sözügedən qurumun regional üzrə ştatları və idarə vəzifəlilərinin aldığı maaşların məbləğləri yer alıb. M.Qəhrəmanlı bildirib ki, “Vəzifə fərdi əmək müqaviləsi” üzrə təyin edilmiş aylıq əmək haqqı üzrə rəis 2112,00 (əlavə 1270,00), ümumi məsələlər üzrə rəis müavini 1964,00 (əlavə1000,00), baş mühəndis 2006,00 (əlavə 980,00), xidmət sahə rəisləri isə 1964,00 (əlavə 785,00) manat məvacib alırlar.

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930