Allahşükür Paşazadə müsəlmanları bayram münasibətilə təbrik edib

23.06.2017 - 15:57

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

Cumhuriyyet.net xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir ki aavab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

“Bu əziz gündə Allaha dualar edirik ki, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Builki Ramazan xalqımız və dövlətimiz üçün əlamətdar məqamlarla yadda qaldı. Şanlı Aprel qələbəmiz sayəsində Lələtəpə üzərində dalğalanan bayrağımız, məcburi köçkün soydaşlarımızın ordumuzun erməni işğalından azad etdiyi əzəli Azərbaycan torpaqlarına dönüşü, Cocuq Mərcanlıda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalan Azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcıdır, inşallah!

Dindarlar İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər, mütərəqqi mahiyyətini beynəlxalq miqyasda müdafiə edən dövlət başçısı İlham Əliyevin İslam Həmrəyliyi ili elan etmək kimi qlobal əhəmiyyətli qərarını yüksək dəyərləndirirlər.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı təbrik edir, xeyir-dualarımı yetirirəm” – deyə, təbrikdə qeyd olunub.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95342

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930