Azad edilmiş ərazilərdə hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı – FOTO/VİDEO

07.08.2021 - 17:54

 

Azad edilmiş ərazilərdə hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.

Publika.az xəbər verir ki, nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.

Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.

Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.

Sonda Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031