Ermənilər Qarabağda məhv edilmiş məşhur terrorçuya abidə qoydular
Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində məşhur terrorçu Monte Melkonyanın büstü qoyulub.
Ermənilər büstü Qarabağda məhv edilmiş Melkonyanın doğum günündə – dünən açıblar.
Monte Melkonyana Ermənistanın və Qarabağdakı separatçı rejimin “milli qəhrəmanı” adı verilib
Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=168397