Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır

15.12.2021 - 15:46

189-190 saylı məktəbin direktorunun valideynlərdən pul yığmağı tələb etdiyi səs yazısına münasibət bildirilib.

 

Bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyev faktla bağlı araşdırmaların davam etdiyini bildirib.

 

“Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək” – deyə o əlavə edib.

 

Qeyd edək ki, 189-190 tam orta məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin “whatsapp” qrupuna Valideyn Müəllim Assosiasiyalarından pul yığılması ilə bağlı göstəriş verib. Səs yazısında direktor pulu yığa bilməyən müəllimlərin vəsaiti öz hesablarına ödəməli olduqlarını deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930