Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı

12.07.2020 - 12:58

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.

Bu barədə “Report” “Forbes”ə istinadən xəbər verir.

Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2 milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində “Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb.

Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs “L’Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149750

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930