Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq

22.07.2015 - 09:37

dyp3Bakıda Avropa Oyunları ərəfəsində paytaxt küçələrində nəqliyyatın normal hərəkətinin təşkil edilməsindən, şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəticəsində Bakı şəhərində atmosfer havasının avtomobillərin ixrac etdiyi dəm qazlarından təmizlənməsi, tıxacların aradan qaldırılması, eləcə də nəqliyyat səs-küyünün azalmasından razılıq edən və bu vəziyyətin il boyu saxlanılması ilə bağlı şəhər sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına çoxsaylı müraciətləri əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, tədbirlər planına uyğun olaraq paytaxtda piyadaların və nəqliyyatın sərbəst hərəkətinin təşkili ilə əlaqədar artıq konkret işlərə başlanılıb: “Tədbirlər planına əsasən, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsindən ibarətdir”.

K.Əliyev qeyd edib ki, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək: “Məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, onlar paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılmaqla sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq. Düşünürük ki, hərəkət iştirakçıları vaxta, yanacağa, təmirə qənaət baxımından daha əlverişli olan ictimai nəqliyyat vasitələrinə, Sumqayıt sakinləri isə həm də sentyabr ayının 15-dən onların istifadəsinə veriləcək sürətli qatarlardan istifadəyə üstünlük verəcək və paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən məmnuniyyətlə yararlanacaqlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930