Zəlzələ rayonları bu hala saldı – VİDEO

16.11.2017 - 14:40

Ötən gün Azərbaycanın bölgələrində baş verən zəlzələ ondan çox yaşayış evinə ziyan vurub. Ağdamda 6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində bəzi evlər qəzalı vəziyyətə düşüb.

Məlumata görə, zəlzələnin təsiri daha çox Bərdə və Tərtər rayonlarında müşahidə edilir.

Ağdam rayon İcra Hakimiyyətindən bildirilib ki, zəlzələ nəticəsində 127 evə və 1 məktəb binasına ziyan dəyib.

Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağılıb. Quzanlı qəsəbəsində isə elektrik trasformatorunda partlayış olub. Nəticədə qəsəbəyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub. Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntılar altında qalaraq xəsarət alıb.

Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ 100-yə yaxın evə ziyan vurub. Məcburi köçkünlərin məskunlaşdığı “Meşəçilik” massivində yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması üçün iş aparılır. Həmin massivin ərazisində Laçından olan məcburi köçkünə məxsus bir ev tamamilə dağılıb.

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində rayonlara dəyən ziyanın hesablanması üçün araşdırmalar aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930