“UNİKAL” KLİNİKASI XƏSTƏLƏRƏ ÇEK VERMİR

09.01.2018 - 18:15

“Vətənə sevgi, dövlətə vergi”.  Bu şüar Sumqayıtda Vergilər Nazirliyinin 2 saylı departamentinə gedən yolda, “Unikal” klinikasının 5-10 metrliyində böyük bir lövhədə yazılıb.  Amma deyəsən elə şüar olaraq da qalır. Çünki “Unikal” klinikasında ödəniş edən xəstələrə heç bir çek verilmir, xəstənin ad, soyadı kompüterdə yazılıb çap olunur və xəzinəyə yönəldilir. Xəzinədə isə tələb olunan məbləğ ödənildikdən sonra xəstəyə adi bir kompüterdə çap olunmuş kağız verərək aparıb müayinə həkiminə təqdim etməsi bildirilir. Xəstə də həmin kağızı aparıb həkimə təqdim edir, dərdinə əlac tapır, ya tapmır, çıxıb gedir. Daha klinikaya nə qədər ödəniş etdiyi barədə əlində heç bir qəbzi olmur ki, sabah məhkəməyə müraciət etsə əlində sübutu olsun. Bu da bir yana dursun, bəs dövlətə ödənməli olan vergilər?

Doğrudanmı “Unikal” klinikası həmin kompüter kağızlarına əsasən qəpiyə-qəpik vergi ödəyir? Bundan əlavə klinikanın heç bir guşasəində xidmətlərin qiymətləri olan cədvəl asılmayıb ki, xəstələr  hansı müayinənin hansı qiymətə aparıldığını bilsin. Burada qiymətlər ancaq şifahi deyilir. Bütün bu u suallara cavab tapmaq üçün klinikanın baş həkimi ilə telefon əlaqəsi yaratmaq istəsək də təəssüf ki, yerində tapa bilmədik.  Klinikanın elektron poçtuna yazdığımız müraciətə isə hələ də cavab verilməyib.

yenilik.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=109599

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031